Milli komandamız dünya çempionatına yola düşdü
Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçiriləcək. Corc Broun Konfrans Mərkəzinin Yarış zalında baş tutacaq turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə qoşulacaq. Bu çempionatda qazanılan nəticələr həm də 2016-cı il Rio-De-Janeyro Olimpiadasında lisenziya xarakteri daşıyacaq. Hər idmançı əldə etdiyi uğura müvafiq olaraq ölkəsinin xal ehtiyatını artırmaq imkanı əldə edəcək.

Dünya çempionatında Azərbaycan milli komandasının da üzvləri çıxış edəcəklər. Artıq onlar da Hyustona yola düşüblər. Siyahı ilə tanış olun:

Qadınlar
Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq) və Anastasiya İbrahimli (69 kq).

Kişilər
Valentn Xristov (62 kq), Firudin Quliyev (69 kq), Əfqan Bayramov, Elxan Əliquluzadə (hər ikisi – 77 kq), İntiqam Zairov, Nailxan Nəbiyev, Rövşən Fətullayev (hər üçün – 94 kq), Dadaş Dadaşbəyli (105 kq).

Sevindiricidir ki, ABŞ-a yola düşən 11 nəfərlik heyətdən 6-sı “Zirvə” Beynəlxalq İdman Klubunun üzvüdür.

Xəbər 785 dəfə oxundu.