İtaliyada K-1 üzrə dünya çempionatına yekun vurulub
İtaliyada K-1 üzrə dünya çempionatına yekun vurulub.

Turnirdə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ziya Bayramov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Yarımfinalda Polşa, həlledici görüşdə isə İsveç idmançısına nokautla qalib gələn Z.Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha bir idmançımız 49 kiloqram çəki dərəcəsində çıxış edən Ramazan Abdullayev də komanda yoldaşının uğurunu təkrarlayıb. Yarımfinalda Almaniya, finalda isə İtaliya təmsilçisindən güclü olan Ramazan Abdullayev dünya çempionatının növbəti qızıl medalını qazanıb.

Xəbər 959 dəfə oxundu.