Cüdoçularımız Avropa çempionatında üç medal qazanıblar
Cüdo üzrə Azərbaycan yığması 23 yaşadək idmançılar arasında Bratislavada keçirilən Avropa çempionatında uğura imza atıb.

Azərbaycan millisi çempionatın sonuncu günündə iki medal qazanıb. Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) ali kürsünün üçüncü pilləsində yer alıblar.

Turnirdə mübarizə aparan cüdoçularımız arasında ən yaxşı nəticə Davud Məmmədova məxsusdur. O, 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması ümumi komanda hesabı üzrə 13-cü yeri tutub.

Xəbər 699 dəfə oxundu.