Macarıstan millisi 44 illik Avropa çempionatı həsrətinə son qoyub | |
Futbol üzrə Macarıstan yığması 21-ci komanda kimi adını “Avro-2016”nın final mərhələsindəki iştirakçılar siyahısına yazdırıb. Macarıstan pley-off matçlarının hər ikisində - səfərdə 1:0 və evdə 2:1 hesabı ilə Norveç millisini məğlub edərək 44 illik Avropa çempionatında iştirak etmək həsrətinə son qoyub. Sonuncu dəfə macarlar 1972-ci ildə qitə turnirində iştirak etmiş və yarımfinaladək addımlaya bilmişdi. Bununla belə, Macarıstan millisi digər nəhəng futbol turniri – 1986-cı ildə Meksikada keçirilmış dünya çempionatında da təmsil olunub. |
|
Xəbər 677 dəfə oxundu. |
|
|