Azərbaycanın yığma komandası dünya çempionatında 16 medal qazanıb
Portuqaliyanın Maia şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatına yekun vurulub. Baş məşqçi Şəmsi Bayramovun rəhbərliyi altında komandamız yarışa 21 idmançı ilə qatılıb.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev bildirib ki, dünya çempionatında komandamızın 11 üzvü - Kamil Qafarov, Ramin Rzayev, Aqşin İsmayılov, Rüstəm Musayev, Şahin Eyvazov, Kamran Əlizadə, Eldar Məmmədov, Vaqif Məmmədov, Asif Vəliyev, Müşfiq Əliyev və Aqil Hümbətov öz çəki dərəcələrində qızıl medal qazanıblar. Bundan başqa Xaliq İsmayılov gümüş, Əbülfəz Cəfərov, Vasif Quliyev, Alik Ağayev və Ramin Hüseynov isə bürünc medala layiq görülüblər.

“Bench press” növü üzrə isə Azərbaycan idmançıları komanda hesabında birinci yerə sahib olaraq kuboku qazanıblar.

AZƏRTAC

Xəbər 708 dəfə oxundu.