Azərbaycanın U-19 yığması Bosniya və Herseqovina millisinə qalib gəlib
On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş 5-ci qrupunun oyunlarına yekun vurulub.

Bayıl stadionunda Bosniya və Herseqovina yığması ilə qarşılaşan Azərbaycan yığması 1:0 hesabı ilə qələbə qazanıb.

“Dalğa Arena”da isə Türkiyə yığması 4:3 hesabı ilə Ukrayna komandasını məğlub edib.

Beləliklə, 5-ci qrupdan elit-raunda Ukrayna və Türkiyə yığması vəsiqə qazanıb.

Xəbər 724 dəfə oxundu.