Çellenc kubokunda referilər məlum oldu
Qadın voleybolçular arasında Çellenc kubokunun 1/8 final mərhələsinin cavab matçlarını idarə edəcək hakimlərin adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası “Vizura” (Serbiya) – “Lokomotiv” (Azərbaycan) görüşündə əsas referi funksiyasını norveçli Tim Kaaberə həvalə edib. Belqradda baş tutacaq qarşılaşmada ikinci hakim funksiyasını Audrius Qarqasas (Litva) yerinə yetirəcək.

“Rieka” (Xorvatiya) – “Bakı” (Azərbaycan) oyununda əsas fit sahibi İvan Momirov (Bolqarıstan) olacaq. Ona köməkliyi isə David Fernandes (İspaniya) edəcək.
Qeyd edək ki, təmsilçilərimiz ilk matçı qələbə ilə başa vurublar. Hər 2 cavab oyunu fevralın 8-də keçiriləcək.

Xəbər 940 dəfə oxundu.