Azərbaycanın stolüstü tennisçiləri Estoniya turnirinin qalibi olublar
Estoniyanın Haabsalu şəhərində gənclər və yeniyetmələr arasında keçirilmiş açıq turnirdə yığma komandamızın üzvləri Denq Simenq və Zou Çuyi müvafiq olaraq birinci və üçüncü yerlərin sahibi olublar.

Denq Simenq finalda güclü estoniyalı tennisçini məğlub edib.

Beləliklə, tennisçi qızlarımız həm komanda, həm də şəxsi dərəcələrdə uğurlu qələbələrə nail olaraq, Estoniya turnirinin qalibi adına layiq görülüblər.


Xəbər 810 dəfə oxundu.