Rusiya metbuatında gedən açıqlama
Ötən gün Rusiya Kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının idman naziri Vitali Mutkoya istinadən Azərbaycan Hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün Rusiya tərəfinə müraciət etdiyi, lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer almışdır. Vitali Mutkonun rusiya mediasına etdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcəkdir.

Qətiyyətlə bildirirk ki, heç bir halda Azərbaycan Hökuməti və ya Gənclər və idman nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməmişdir.

Azərbaycan İlk Avropa oyunlarına çox yüksək səviyyədə ev sahibliyi etmiş və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini almışdır .

Azərbaycanın növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildirirk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir.

İkinci Avropa oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olamayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialini və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır.

Xəbər 1387 dəfə oxundu.