Ev oyunlarına ən çox azarkeş toplamış klubların siyahısında “Qarabağ” 11-ci pillədə yer alıb
Futbol üzrə Avropa Liqası yarışlarının 2015/2016-cı il mövsümündə ev oyunlarına ən çox azarkeş toplamış klubların siyahısı açıqlanıb.

Bu siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionuna orta hesabla 27 min 600 azarkeş gəlib. Bu göstərici ilə “Qarabağ” siyahıda 11-ci pillədə qərarlaşıb.

Siyahıya turnirdə mübarizə aparan digər təmsilçimiz “Qəbələ” ilə bir qrupda yer alan Almaniyanın “Borussiya” (Dortmund) klubu başçılıq edir. Bu komandanın ev oyunlarını keçirdiyi “Siqnal İduna Park”da orta hesabla hər oyunda 56 min 105 azarkeş iştirak edib.

Xəbər 708 dəfə oxundu.