Bakıda “Moskva günləri” keçiriləcək
16 noyabr tarixdən başlayaraq Bakıda Moskva günlərinə start verilir. Moskva şəhərinin idman nümayəndələri sırasina 14 nəfər idmançı, 2 nəfər məşqçi, 1 nəfər Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin rəsmi nümayəndələri, Olimpiya çempionları Musulbes David Vladimiroviç (1996-cı il, Atlanta) və Boqiev Vadim İosifoviç (2000-ci il, Sidney) daxildir.

Bu günlər çərçivəsində Bakı və Moskva şəhərlərinin boks idmanı üzrə 2000-2001-ci il təvəllüdlü, sərbəst güləş üzrə 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlardan ibarət komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramına əsasən 16 noyabr tarixində (saat 10.00-da ) qonaqlar Fəxri və Şəhidlər Xiyabanlarının ziyarət edəcəklər. Eyni zamanda idman obyektləri ilə də yaxından tanış olacaq nümayəndə heyəti, 16 noyabr saat 15.00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçirəcəklər. Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev, Pekin Yay Olimpiya Oyunlarının çüdo üzrə çempionu Elnur Məmmədli, Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini, Rusiyanın sərbəst güləş üzrə olimpiya çempionları David Musulbes, Vadim Bogiev və digər rəsmi qonaqlar iştirak edəcəklər.

17 noyabr tarixində sərbəst güləş üzrə Tofiq Bəhrəmov adına Respublika Stadionunun güləş zalında, 18 sentyabr tarixində isə boks üzrə Boks İdman Mərkəzində master klas və yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Bakıda Moskva günləri 19 noyabr tarixdə başa çatacaq. Qeyd edək ki, tədbir 1997-ci il 13 iyun tarixində rəsmi Bakı və Moskva arasında imzalanmış Memoranduma əsasən keçirilir. Tədbirin keçirilməsində məqsəd rəsmi Bakı və Moskva arasında idman, mədəni, elmi-texniki və iqtisadi əlaqələrin inkişafına tövhə vermək, əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir.

Xəbər 606 dəfə oxundu.