Bizə qalib gələn futzalçı: Tarixi qələbəyə imza atdıq
“Bu mənim həyatımda ən xoşbəxt günlərdən biridir. Biz tarixi qələbəyə imza atdıq”. İdman.com.az saytının məlumatına görə, bunu Serbiya milli komandasının futzalçısı Vidan Bojoviç deyib. O, Avro-2012-nin final mərhələsində Azərbaycan milli komandasına 9:8 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib:

“Komanda yoldaşlarımı təbrik edirəm. Biz birgə səylərimizin nəticəsində rəqibi məğlub edə bildik. Düzdür, oyunda çətin anlarımız oldu. Lakin bizim üçün hər şey yaxşı qurtardı. Lazım olan anda əzmkarlıq nümayiş etdirdik. Hazırda isə məqsədimiz Avro-2010-da uduzduğumuz Portuqaliyadan qisasımızı almaqdır”.
Qeyd edək ki, Avro-2012-də hər 2 görüşündə uduzan Azərbaycan yığması yarışla erkən vidalaşıb.

Xəbər 902 dəfə oxundu.