"Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirəcək
Çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirəcək. İlham Yadullayevin komandası noyabrın 14-də "Kapital Bank Arena"da "Qarabağ"ın əvəzediciləri ilə üz-üzə gələcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" FK-nun əvəzediciləri hazırda 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider "Qəbələ"dən 2 xal geridədir.

Xəbər 838 dəfə oxundu.