Slavço Georgiyevski: Önəmli olan qələbə idi
“Neftçi” klubunun yarımmüdafiəçisi Slavço Georgiyevski, Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə keçirilmiş beynəlxalq turnirlə bağlı münasibətini bildirib. İdman.com.az saytının məlumatına görə, makedoniyalı yarımmüdafiəçi 3-cü yer uğrunda görüşdə Rusiyanın “Terek” klubu üzərində qazandıqları qələbə (3:0) barədə belə deyib:

“Terek”ə vurduğum qol doğrudan da gözəl alındı. Heç özüm də bunu gözləmirdim. Amma hər şeydən önəmli olan komandamızın qələbəsi idi. Turnirdəki uğurlu nəticə bizdə özünəinamı da artırmış oldu. Bu da qarşıdan gələn çempionat oyunlarında bizim üçün çox vacibdir”.

Xəbər 967 dəfə oxundu.