Azərbaycan komandalarının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
Bu gün Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatı start götürür.

Şahmat üzrə kişi və qadınlardan ibarət Azərbaycan yığması növbəti dəfə bu şəhərdə təşkil edilən Avropa çempionatında təmsil olunur. Artıq Azərbaycan komandalarının birinci turdakı rəqibləri məlum olub. Kişi şahmatçılar Sloveniya, qadınlar isə Belçika təmsilçiləri ilə üz-üzə gələcəklər.

Turnir doqquz turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək. Belə ki, komandaların heyəti dörd əsas və bir ehtiyat oyunçudan ibarətdir.

Yarışda kişi şahmatçılar arasında Azərbaycan yığmasını Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov və Eltac Səfərli təmsil edir. Qadınlardan ibarət komandanın heyətində isə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazımova yer alıblar.

Qeyd edək ki, Avropa çempionatına qitənin otuz altı ölkəsindən təxminən üç yüz şahmatçı qatılıb.

Xəbər 656 dəfə oxundu.