Natəvan Afşar: «Matç gözlədiyimizdən asan keçdi»
Qadın voleybolçulardan ibarət «Bakı» klubu Çellenc kubokunun 1/8 final mərhələsinə də inamla başladı. Angelo Vercesinin rəhbərlik etdiyi komanda Xorvatiya ZOK «Rieka»kası “quru” hesabla məyus etdi - 3:0 (25:14, 25:16, 25:21). “Bakı”nın aparıcı üzvü Natəvan Afşar matça bağlı fikrini idman.com.az saytına bildirib. Onun sözünə görə, qarşılaşma gözlədiklərindən asan keçib:

«İlk setin ortalarına qədər mübarizə başa-baş getdi. Sonra təşəbbüsü ələ aldıq. Üstünlüyümüzü sonadək davam etdirərək, rəqibə bir hissə də vermədən qalib gəlidk. Düzü, «Rieka» bu yarışda qarşılaşdığımız ən güclülərdən idi. Amma yenə sözümüzü dedik. İnşallah, səfər matçında da qalib gələrək, Vətənə qələbə ilə dönərik».
Qeyd edək ki, cavab oyunu fevralın 8-də Xorvatiyada keçiriləcək.

KAMRAN

Xəbər 1006 dəfə oxundu.