“Xəzər Lənkəran” mövsümün ikinci “Böyük oyun” un hazırlığına start verir
Premyer liqanın XII turundan sonra yaranan fasilə komanda üçün başa çatır. Qısa müddətli istirahətdən sonra Lənkərandakı bazasında toplaşacaq “Xəzər Lənkəran” mövsümün ikinci “Böyük oyun” un hazırlığına start verir.

Ciddi itkilərə rəğmən komandamız bu gün toplanaraq hazırlığa başlayacaq və oyun gününə qədər bütün məşqlərini Lənkəranda davam etdirəcək. Adrian Skarlatake və Orxan Əliyevin əməliyyat olunacağını nəzərə alsaq hər iki futbolçunun bu ili başa vurduğunu söyləmək olar. Milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar üç futbolçu “ Böyük oyun” hazırlığına gec qosulacaq. Belə ki, Rahid Əmirquliyev, Elşən Rzazadə və Elnur Cəfərov milli komandaların düşərgəsindədirlər.

Zədəli futbolçulardan Rasim Ramaldanovun sıraya dönməsi xoş xəbər olsa da təcrübəli müdafiəçi hələ ki, fərdi məşqlərlə kifayətlənir. Bütün bunları nəzərə alan məşqçilər korpusu əvəzdeci heyətdən bir neçə futbolçunu əsas komandanın məşq prosesinə cəlb edəcək.

Xəbər 698 dəfə oxundu.