Azərbaycan-Türkiyə oyununun ilk hissəsində hesab açılmayıb
On doqquz yaşadək futbolçular arasında “Avro-2016”nın seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan millisi ikinci görüşündə Türkiyə yığmasını qəbul edir.

“Bayıl Arena”da keçirilən qarşılaşmanı estoniyalı baş hakim Eiko Saar idarə edir. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib.

Matçın 40-cı dəqiqəsində Türkiyənin qapısına penaltı təyin edilib və millimizin futbolçusu Roman Hüseynov bu imkandan yararlana bilməyib. Türkiyə yığmasının futbolçusu qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Görüşün ilk hissəsində hesab açılmayıb.

Xəbər 719 dəfə oxundu.