Azərbaycan milli komandası daha bir itki ilə üzləşib
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası daha bir itki ilə üzləşib. Kapitan Rəşad Sadıqov məşqdə zədələndiyi üçün millinin düşərgəsini tərk etməli olub və Moldova yığması ilə oyunda iştirak etməyəcək.

Xatırladaq ki, daha öncə Dmitri Nazarov zədə ucbatından millinin toplanışına qatıla bilməmişdi.

Xəbər 675 dəfə oxundu.