XIII beynəlxalq şahmat turnirinin ilk qalibləri məlum olub
“Gənclik” şahmat klubunun 5 illiyinə həsr edilmiş XIII beynəlxalq turnirin qalibləri məlum olub.

“B” turnirində 3 ölkənin – Azərbaycan, Hindistan və Kanadanın nümayəndələri iştirak edib. 7 mümkün xaldan 5,5 xal toplayan Hindistan şahmatçısı Akxan Handun fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan idmançısı Elvin Bail 5 xal toplayaraq turnirin gümüş mükafatçısı olub, aktivində 4 xal olan digər həmvətənimiz Teymur Əsgərxanov isə bürünc medal qazanıb.

8 ölkəni (Azərbaycan, Rusiya, ABŞ, Hindistan, Gürcüstan, Fransa, Ukrayna və Litvanı) təmsil edən 40-dan çox şahmatçının iştirak etdiyi əsas “A” turnirində isə altı tur keçirilib.

Uşaqlar arasında beynəlxalq şahmat turniri 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilir.

Turnirin sponsorları “McDonalds” və “Bakcell” şirkətləridir. “Bestkom” və “Canon” şirkətləri isə yarışların qaliblərinə və mükafata layiq yerləri tutmuş digər idmançılara verilmək üçün mükafatlar və hədiyyələr təqdim edəcəklər.

“A” turnirinin qalibləri noyabrın 13-də məlum olacaq.

Xəbər 806 dəfə oxundu.