“Azərreyl”in oyununu isveçrəli hakim idarə edəcək
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Bakının “Azərreyl” klubunun “Volero” (İsveçrə) ilə görüşünə əsas referi kimi rusiyalı Andrey Zenoviç təyinat alıb.

Ona köməkliyi etmək Borislav Pobornikova (Bolqarıstan) tapşırılıb.
“Rabitə”nin “Atom”la ikinci matçını isə Gennadi Kondakov (Ukrayna) və Yuri Bakunoviç (Belarus) idarə edəcəklər.
Qeyd edək ki, “Azərreyl” ilk matçda 3:1 hesabı ilə qalib gəldiyi halda, “Rabitə” eyni hesabla uduzub.

Xəbər 974 dəfə oxundu.