İsrail yığması şahmat üzrə çempionatda iştirak etməyəcək
Kişilər və qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatlarının iştirakçıları noyabrın 11-dən başlayaraq İslandiyanın paytaxtına gəlirlər.

İsrail yığmasının kapitanı Aleks Kaspi Rusiya saytına müsahibəsində bildirib ki, əgər bu gün axşamadək maliyyə məsələsi həll olunsa, İsrail yığması da Reykyavikdə oynamaq şansı qazanacaq.

Lakin son nəticədə bürokratik əngəllər səbəbindən bu məsələ müsbət həll olunmayıb. Beləliklə, İsrail komandası haqqında əvvəlki məlumat doğru oldu – bu komanda çempionatda iştirak etməyəcək.

Avropa Birinciliyində 36 ölkənin yığmaları, o cümlədən Azərbaycan komandası iştirak edəcək.

Xəbər 646 dəfə oxundu.