Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilib
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda ikinci turun oyunları keçirilib.

Ukrayna yığması Bosniya və Herseqovina komandasına 3:1 hesabı ilə qalib gəlib.

Türkiyə komandası ilə qarşılaşan Azərbaycan yığması isə minimal hesabla məğlub olub – 0:1.

Qrupda mübarizəyə noyabrın 15-də keçiriləcək oyunlarla yekun vurulacaq:

Ukrayna – Türkiyə . Dalğa Arena. Saat 18:00

Azərbaycan – Bosniya və Herseqovina. Bayıl stadionu. Saat 18:00

Xəbər 640 dəfə oxundu.