Millimizin oyunu "CBC Sport"da
Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA tərəfindən elan edilmiş tenderin nəticəsi müəyyənləşib. Tenderin qalibi 10 min AZN təklifi ilə çıxış edən CBC Sport kanalı olub.

Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq Azərbaycan – Moldova oyunu CBC Sport kanalında yayımlanacaq.

Xəbər 837 dəfə oxundu.