Stolüstü tennisçilərimiz Estoniyaya yola düşüblər
Noyabrın 12-də stolüstü tennis üzrə Azərbaycanın yığma komandasının üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə Estoniyaya yola düşüblər.

İdmançılarımız Haapsala şəhərində tanınmış tennis ustası Albert Kanepinin xatirəsinə həsr olunmuş gənclər və yeniyetmələr arasında keçiriləcək açıq turnirdə iştirak edəcəklər.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq xarakterli turnirində idmançılar komanda və şəxsi yarışlarda mübarizə aparacaqlar.

Yarışlar noyabrın 15–dək davam edəcək.

Xəbər 723 dəfə oxundu.