“Biz öz səhvlərimizdən uduzduq“
“Serbiyaya qalib gəlməli idik, bizi başqa nəticə maraqlandırmırdı. Buna görə də daha çox risk edirdik. Belə hesabı fikirləşmirdik”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib. Xorvatiyada keçirilən Avropa çempionatının final mərhələsində çıxış edən yığmamız Portuqaliyanın ardınca Serbiyada da uduzaraq (8:9), qrupdan çıxa bilmədi.

Braziliyalı çalışdırıcı Zaqrebdəki oyunda serbləri yox, bizi dəstəkləyən yerli azarkeşlərə minnətdarlıq etdi: “Yersiz qollar buraxdıq, tez-tez konsentrasiya itirirdik. Bu sayda qollar, səhvlər buraxmamışdıq. Heç kim fikirləşmirdi ki, biz oyunun əvvəlində 2:0 irəlidə olandan sonra uduzarıq”.

Da Silva günahı hakimlikdə görmədi: “Mən hakimlik haqda danışmağı xoşlamıram. Ancaq bu gün hakim səhvləri oldu. Onlardan biri işini pis gördü, ancaq digəri yaxşı idarəçilik etdi. Əlbəttə, hakim nəticəni müəyyənləşdirmir. Biz öz səhvlərimizdən uduzduq. Mənim üçün əsas komandamın oyunu, öz səhvlərimizdir”.

Baş məşqçi Serjaonun əvvəlki kimi hazır olmadığını bildirdi: “Bir çox oyunçularımız “Araz”dan gedib, başqa ölkələrdə oynayır. Bunlardan Serjao Ukraynada çıxış edir və görünür, orada dərəcədə işləmirlər. “Araz”da birgə yaxşı çalışırdıq. İndi birgə az oluruq, az oyun keçiririk. Belə olan halda, problemlər həmişə yaranacaq”.

Xəbər 1055 dəfə oxundu.