“Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu keçirib
Noyabrın 11-də Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu keçirib.

İstanbulda Burhan Felek Voleybol Salonunda “Telekom” yerli “Fənərbaxça” komandasının qonağı olub.

Avstriyalı baş hakim Harald Socanın idarə etdiyi görüş “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Telekom” Bakıda təşkil olunan ilk görüşündə Polşanın “İmpel” komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.

Komandamız növbəti oyununu noyabrın 25-də Almaniyada yerli “Drezdner” komandasına qarşı keçirəcək.

"Telekom"un yer aldığı "E" qrupunda digər oyununda isə "Drezdner" komandası səfərdə "İmpel"ə 3:2 hesabı ilə qalib gəlib.

Xəbər 691 dəfə oxundu.