Rusiyalı yüngül atletlər həqiqətən Olimpiada-2016-dan kənarda qala bilərlər
Rusiyanın idman naziri Vitali Mutkonun sözlərinə görə, Rusiya Antidopinq Agentliyi (RUSADA) özünün Ümumdünya Antidopinq Agentliyinin (WADA) normalarına müvafiq olduğunu sübut edə biləcəyinə şübhə etmir.

Mutko deyib: “Sabah mən hansı yolla getmək barədə qəti qərar qəbul edəcəyəm. Biz Federasiyanı yeniləşdirmişik. Lakin bu tədbirlər kifayətdirmi? Bilirsinizmi, bu saat Kou özü (İAAF-ın yeni rəhbəri Sebastyan Kou) çətin vəziyyətdədir – orada cinayət işi qaldırılıb. Mən laboratoriya barədə öz izahatlarımı təqdim etmişəm, sabah RUSADA barədə izahatlarımı təqdim edəcəyəm.

RUSADA ilə dünən razılığa gəlmişik, onlar komissiyanın tövsiyələri və nəticələri ilə tanış olublar. Оnlar əsla şübhə etmirlər ki, təşkilat WADA normalarına müvafiq olduğunu sübut edə biləcək”.

Rusiyalı idmançıların Olimpiadada iştirak etməməsi mümkündür, çünki bu halda bəzilərinin birbaşa rəqibi aradan götürüləcək, digərlərinə isə bu ölkənin imicini korlanması sərf edir, lakin əgər beynəlxalq təşkilatların fəaliyyət fəlsəfəsində idmanın və idmançıların mənafeyi üçün azacıq da olsa işləmək istəyi varsa, bu istisna olunur.

Xəbər 782 dəfə oxundu.