Basketbolçularımız “Arena Samokov”da oynayacaqlar
Basketbol üzrə Avro-2013-ün qrup mərhələsi çərçivəsində Bolqarıstan milli komandası Azərbaycan yığması ilə ev oyununu keçirəcəyi arenanın adını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, balkanlar Elxan Əliyevin komandasını Samokov şəhərində sınağa çəkəcəklər.

Sentyabrın 2-də baş tutacaq oyun “Arena Samokov”da keçiriləcək. 2500 tamaşaçı tutumuna malik zalda rəqib yığmamızla yanaşı, Lüksemburqla da oynayacaq.

Maraqlıdır ki, Bolqarıstan millisi daha güclü rəqiblər – İsveç və Almaniya ilə görüşləri paytaxt Sofiyada keçirməyə qərara veriblər. Onlar hər 2 komanda ilə “Universiada”da qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionatına qatılacaq.

Xəbər 1118 dəfə oxundu.