Visente Del Boske İngiltərə futbolu haqda maraqlı fikirlər söyləyib
İspaniya yığmasının baş məşqçisi Visente Del Boske İngiltərə futbolu haqda maraqlı fikirlər söyləyib.

Qəzetə müsahibə verən Del Boske futbolun vətənində tənəzzül yaşandığını deyib. İspaniyalı mütəxəssis bildirib ki, İngiltərə klublarında individuallıq qalmayıb. O, bunun əsl səbəbini sözügedən ölkə komandalarında legionerlərin kütləvi hal alması ilə izah edib:

“İngiltərə futbolu daha mövcud deyil. Artıq klassik İngiltərə tərzi də qalmayıb. Buna xüsusi ilə əcnəbi futbolçuların gəlişindən sonra müxtəlif stillərin qarışması təsir göstərib. Əvvəllər özünəməxsusluğu ilə seçilən İngiltərə klubları, hazırda meydanda müəyyən edilmir”

Del Boske sözlərinə əlavə edib ki, hətta İngiltərə yığması belə təmiz milli oyun tərzini itirərək qitənin digər komandalarına bənzəyir.

AZƏRTAC

Xəbər 787 dəfə oxundu.