Çempionlar Liqasında Azərbaycan komandalarının görüşünü idarə edəcək hakimlər müəyyənləşib
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarında Azərbaycan komandaları üz-üzə gələcək.

Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv” komandası “Azərreyl”i qəbul edəcək. Oyunu idarə etmək üçün Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən serbiyalı Mirko Yankoviç və belaruslu Yuriy Bakunoviç təyinat alıblar.

Çempionlar Liqası yarışlarının “A” qrupunda “Lokomotiv”, “Azərreyl” ilə yanaşı, “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları da mübarizə aparırlar.

Xəbər 624 dəfə oxundu.