Radomir Todorov Lənkərana qayıtdı
“Xəzər Lənkəran”ın qış fasiləsində növbəti transferini reallaşdırıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar”ın heyətində 2007-2010-cu illərdə çıxış etmiş bolqar futbolçu Radomir Todorov, yenidən Lənkərana qayıdıb.

Klubun tarixində ən çox oyun keçirmiş legioner olan sol cinah müdafiəçisinin keçidi barədə bir müddət gedən danışıqlardan sonra razılıq əldə edilib.

Qeyd edək ki, 31 yaşlı Todorov “gəmiqayıranlar”ın formasında 125 oyunda meydana çıxıb və 1 qol vurub. Lənkərandan ayrı olduğu bir il müddətində futbolçu paytaxtın “Bakı” və ölkəsinin “Spartak” (Varna) klublarında çıxış edib.

Xəbər 929 dəfə oxundu.