AZAL iki yoxlama oyunu keçirəcək
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada iki həftəlik fasilə yaranıb. Bu müddətdən yararlanıb hazırlıq matçları keçirən komandalar daha çoxdur. AZAL da onlardan biri olacaq.

"Təyyarəçilər” fasilə müddətində 2 yoldaşlıq matçı keçirmək niyyətindədir. Artıq ilk oyunun məkanı, zamanı və ən əsası rəqibin kimliyi məlumdur. Paytaxt klubu noyabrın 14-də "Kəpəz”lə üz-üzə gələcək. Premyer Liqanın son turunda 1:1 oynayan rəqiblər yenə "AZAL Arena”da qarşılaşacaq. Oyunun başlama saatı 15:00-dır.

Bundan sonra AZAL daha bir yoxlama oyunu keçirəcək. Amma ikinci rəqibin kimliyi hələ bilinmir. Amma çox güman "təyyarəçilər” I divizion klubu ilə qarşılaşacaq.

Xəbər 697 dəfə oxundu.