Messi artıq məşqlərə başladı və Realla oyunda meydana çıxa bilər
Barselonanın forvardı Lionel Messi Madrid Realı ilə oyunda iştirak etmək üçün əlindən gələni əsirgəmir. Argentinalı futbolçu artıq topla hərəkətlərə başlayıb.

Qeyd edək ki, bu sabah klub prezidenti Xosep Bartomeu da Messinin El Klassikoda iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdi.

Bir müddət əvvəl verilən məlumata görə isə Messi oyuna qədər hazır olmamalıydı.Xatırladaq ki, futbolçu Las Palmasla oyunda diz bağlarından zədə alıb. Madrid Realı ilə oyun isə noyabrın 21-də keçiriləcək.

Xəbər 671 dəfə oxundu.