Kriştiano Ronaldo yeni bir rekord müəyyənləşdirib
Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo yeni bir rekord müəyyənləşdirib. Futbolçu özü haqqında çəkilən filmin Londonda nümayişi zamanı azarkeşlərin böyük marağı ilə qarşılaşıb və üç dəqiqə ərzində çəkdirdiyi selfilərin sayına görə rekorda imza atıb. Ulduz oyunçu ilə xatirə şəkli çəkdirənlərdən ibarət uzun növbə yaranıb.

Portuqalıyalı futbolçuya həsr olunan “Ronaldo” sənədli filmin təqdimatında iştirak edən qonaqlar arasında Karlo Ançelotti, Joze Maurinyo, Ser Aleks Ferqyuson, Radamel Falkao, HarRi Nevill və Lui Saa kimi məşhur şəxslər də yer alıblar.

Xəbər 667 dəfə oxundu.