Samuxda cüdo üzrə rayon birinciliyi keçirilib
Respublika Bədən tərbiyəsi və İdman Mərkəzinin dəstəyi, Samux rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Samuxda 9 noyabr Bayraq gününə həsr olunmuş məktəblər arası cüdo üzrə rayon birinciliyi keçirilib.

50-dən çox idmançının iştirakı ilə keçirilən yarışda İslam Orucov (24 kq), Ayxan Rüstəmov (27 kq), Eltəkin Vəliyev (30kq), Əli Orucov (35kq), Cəsur Əliyev (38 kq), Arzu Məmmədov (42 kq), Murad Məmmədov (46 kq), İdris Abdullayev (50 kq), Hüseyin Bayramov (55 kq), Fərid Namazov (60 kq), Tural Verdiyev (66 kq) yüksək yerlərə layiq görülüblər.

Sonda qaliblər diplom və medal ilə təltif ediliblər.

Xəbər 883 dəfə oxundu.