Azərbaycan yığmasının heyətində dəyişiklik edilib
Noyabrın 9-dan etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

“Kəpəz” klubunun oyunçusu Azad Kərimov zədələndiyi üçün heyətdən çıxarılıb. Tellur Mütəllimov (Zirə) və Nicat Muxtarov (Rəvan) U-21-in hazırlıq prosesinə cəlb ounub.

Xəbər 687 dəfə oxundu.