Bosniya və Herseqovinanın U-19 yığması Bakıda ilk qələbəsini qazanıb
Noyabrın 10-da 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan beşinci qrupunun birinci turunda ilk oyun keçirilib.

Bayıl stadionunda Türkiyə millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

Fransalı baş hakim Nikolas Rainvillenin idarə etdiyi oyun Bosniya və Herseqovina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyunu Azərbaycan və Ukrayna yığmaları arasında keçiriləcək.

Xəbər 601 dəfə oxundu.