Konstitusiya gününə həsr olunmuş Azərbaycan birinciliyinə start verilib
Noyabr ayının 10- da “Şüa” idman-sağlamlıq kompleksində Konstitusiya gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Yarışda respublikanın əksər şəhər və rayonlarını təmsil edən 2004-cü il və daha azyaşlı idmançılar mübarizə aparacaqlar. Turnir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Tədbirin təşkilində məqsəd mini kadetlər arasında ən istedadlı və güclü idmançıları müəyyən etmək və gələcəkdə onları yığma komandanın tərkibinə cəlb etməkdir.

Yarışa noyabr ayının 11-də yekun vurulacaq.

Xəbər 653 dəfə oxundu.