Azərbaycan yığmaları şahmat üzrə Avropa çempionatına hazırlıq aparıblar
Kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan yığmaları Avropa komanda çempionatına hazırlıq çərçivəsində Qəbələdə yerləşən idman bazasında toplanışlar keçiriblər.

İkihəftəlik təlim-məşq baş məşqçi Aleksandr Xalifmanın rəhbərliyi ilə keçirilib. Azərbaycan yığmasının nümayəndələri noyabrın 12-dən 22-dək Reykyavikdə keçiriləcək çempionata yola düşüblər.

Kişi yığmasının heyətinə qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli daxildirlər.

Fikrət Südeyifzadənin rəhbərliyi ilə qadınlardan ibarət komandada Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazimova oynayacaqlar.

Hər komandaya dörd əsas və bir ehtiyat oyunçu daxildir.

Elo reytinqinə görə turnirin favoriti Rusiya yığmasıdır. Reytinqdə ikinci yeri Ukrayna, üçüncü yeri Azərbaycan komandası tutur.

Xəbər 683 dəfə oxundu.