“Fənərbaxça” – “Telekom” oyununun hakimləri müəyyənləşib
Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu noyabrın 11-də səfərdə keçirəcək.

İstanbulda Burhan Felek Voleybol Salonunda “Telekom” yerli “Fənərbaxça” komandasının qonağı olacaq. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya avstriyalı Harald Soca və serbiyalı Ancelko Popoviç təyinat alıblar.

Çempionlar Liqası yarışlarının “E” qrupunda “Telekom” və “Fənərbaxça” komandaları ilə yanaşı, “İmpel” (Polşa) və “Drezdner” (Almaniya) kollektivləri də mübarizə aparır.

Xəbər 599 dəfə oxundu.