Lukas Podolski karyerasını vətənində davam etdirə bilər
Almaniya millisi və hazırda Türkiyənin “Qalatasaray” klubunda forma geyən Lukas Podolskinin Almaniyaya qayıtması gündəmə gəlib.

30 yaşlı forvarda Almaniyanın “Hoffenhaym” klubu maraq göstərir. Məlum olub ki, Polşa əsilli futbolçu hələ 2005-ci ildə “Köln”nün şərəfini qoruduğu sözügedən kollektivin və hazırda “Hoffenhaym” komandasının baş məşqçisi olan Huub Stevens-lə birgə çalışıb.

Xatırladaq ki, “Qalatasaray” almaniyalı hücumçunun transferi üçün İngiltərənin “Arsenal” klubuna 2,5 milyon avro ödəyib. Onun İstanbul klubu ilə müqavilə müddəti 2018-ci ilədək qüvvədədir.

Xəbər 629 dəfə oxundu.