“Ağ-yaşıllar”da növbəti kosta-rikalı kim olacaq?
“Xəzər Lənkəran” heyətinə daha bir hücumçu cəlb edir. İdman.com.az saytının xəbərinə görə, Kosta-Rika millisinin üzvü Rendall Brenes karyerasını ölkəmizdə davam etdirməyə yaxındır.

“Kartagin” klubunun yetirməsi olan 28 yaşlı hücumçu vətənində yalnız bu komandanın şərəfini qoruyub. 2005-10-cu illərdə Norveçdə legioner həyatı yaşayan Rendall “Bodo Qlimt” və “Kunqsvinger”də forma geyinib.

2005-ci ildən Kosta-Rika yığmasına cəlb olunan “El-Çikue”, millidə 16 oyuna 5 qol vurub. O, yığmada son qolunu ötən il noyabrın 15-də İspaniya millisinə vurub. 2:2 hesabı ilə nəticələnən oyunda ilk qolu “El-Çikue” vurmuşdu.

Xəbər 954 dəfə oxundu.