​Bayraq günü münasibətilə Hacıqabulda veloyürüş keçirilib
Dövlət Bayrağı günü ilə bağlı Hacıqabul rayonunda veloyürüş keçirilib. Yürüşdən öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Yürüşə İsmət Qayıbov küçəsindən start verilib.

Yürüşdə rayon ictimaiyyəti ilə yanaşı 50-dən çox həvəskar velosipedçi iştirak edib. İştirakçılar əllərində üçrəngli bayrağımız İsmət Qayıbov, Məhəmməd Əsədov küçələrindən keçərək Bayraq meydanına doğru hərəkət ediblər. 2 kilometrlik veloyürüş Bayraq meydanında başa çatıb. Meydanda Bayraq gününün tarixindən və əhəmiyyətindən söz açıl

Xəbər 648 dəfə oxundu.