Futzalçılarımız Avro-2012 ilə erkən vidalaşdı
Dünən futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində 2-ci oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, «ay-ulduzlular»ımız Serbiya komandası ilə qarşılaşıb. Bakı vaxtı ilə 23:30-da başlayacan görüş millimiz üçün həlledici xarakter daşıyıb. Qələbə qazanmaqdan başqa çarəsi olmayan futzalçılarımız daim irəli atılıblar.

Belədə, arxada boşluqlar yarınıb. Hesabın məhsuldar olması bunu göstərib. Matçda cah bizimkilər, gah da rəqib önə keçib. Qarşılıqlı qollar şəraitində keçən matçda son dəfə üstün olar tərəf serblər olublar - 9:8.
İlk turda Portuqaliyaya da uduzan yığmamız (1:4), Avro-2012 ilə erkən vidalaşıb.


Xəbər 937 dəfə oxundu.