Qrupun bütün oyunları CBC Sport-da
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları CBC Sport televiziya kanalında və affa.az saytında canlı yayımlanacaq.

Qrupun bütün oyunları CBC Sport-da
Qrupun son turunda hər iki qarşılaşma eyni vaxtda başlayacağı üçün Azərbaycan yığmasının oyunu canlı, digər matç isə videoyazı şəklində təqdim olunacaq. Oyunların təqvimini diqqətinizə çatdırırıq:

10 noyabr
Saat 14:00. Türkiyə – Bosniya və Herseqovina
Saat 18:00. Ukrayna – Azərbaycan

12 noyabr
Saat 14:00. Bosniya və Herseqovina – Ukrayna
Saat 18:00. Türkiyə - Azərbaycan

15 noyabr
Saat 18:00. Ukrayna – Türkiyə
Saat 18:00. Azərbaycan – Bosniya və Herseqovina

Qeyd: Ukrayna – Türkiyə oyunu “Dalğa Arena”da, digər qarşılaşmalar isə Bayıl stadionunda keçiriləcək.

Xəbər 636 dəfə oxundu.