“Azəryol” voleybol komandası Rumıniyanın “Tarqoviste” klubunu qəbul edəcək
Bu gün Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının onaltıdabir final mərhələsinin cavab oyunları çərçivəsində Rumıniyanın “Tarqoviste” klubunu qəbul edəcək.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüşü bolqarıstanlı baş hakim Lyubomir Sirakov və rusiyalı Kirill Nesterenko idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Rumıniyada təşkil olunan oyunda “Azəryol” 2:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər 699 dəfə oxundu.