"Simurq"dan ilk qələbə | |
Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Simurq" klubu, bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb. İdman.com.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Çinin BİT komandası ilə qarşılaşıb. Sınaq qarşılaşması "Sarı-qaralar"ın böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibini 4 cavabsız qolla məğlub edən "Simurq", həm də Türkiyədə ilk qələbəsini qazanıb - 4:0. Qeyd edək ki, zaqatalalılar Qazaxıstanın "Kaysar" və Gürcüstanın "Torpedo" klubları ilə heç-heçə etmişdi (1:1); Almaniyanın "Offenbax" kollektivinə 1:2 uduzmuşdu. |
|
Xəbər 993 dəfə oxundu. |
|
|