I Divizionun cədvəlində dəyişiklik edildi
Futbol üzrə Azərbaycan I Divizionunda 9-cu turun “Neftçala” – “Şəmkir” oyunu “Dalğa Arena”da keçiriləcək. Buna səbəb Neftçala şəhər stadionunun ot örtüyünün oyun keçirmək üçün tam hazır olmamasıdır.

Eyni zamanda, canlı yayımla əlaqədar olaraq, “Bakı” – “Turan Tovuz” matçı 12 noyabr tarixində deyil, 11 noyabr tarixdə keçiriləcək.

Xəbər 689 dəfə oxundu.