Azərbaycanda və Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıq işləri müzakirə olunub
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua ilə görüşüb.

Görüşdə 2017-ci ildə Azərbaycanın və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlıq işləri və təşkilati məsələlər müzakirə olunub.

Söhbət zamanı Gürcüstanın “Tbilisi” komandasının Azərbaycan çempionatındakı çıxışı, həmçinin federasiyalar arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər 645 dəfə oxundu.